Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik - ATƏT sədri 

14:00 14.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik.

 

Hafta.az xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

 

ATƏT sədrinin sözlərinə görə, o, hər iki tərəfdən, nazirlərdən müsbət mesajlar eşidir:

 

“ATƏT hər iki ölkəyə qulaq asır. Biz yeni reallıqları qəbul etməliyik. Ümid edirik ki, tez zamanda tərəflər arasında hərətəfli və dayanıqlı sülh razılaşması əldə olunacaq”.

Siyasət rubrikasından digər xəbərlər